...

Yeni texnologiyalar neft-qaz avadanlıqlarının texniki xidmət xərclərini azaltmağa imkan verir - Alan D’Ambraccio

İqtisadiyyat Materials 9 Dekabr 2025 16:40 (UTC +04:00)
Yeni texnologiyalar neft-qaz avadanlıqlarının texniki xidmət xərclərini azaltmağa imkan verir - Alan D’Ambraccio
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Neft-qaz sənayesində avadanlıqların texniki xidməti və dayandırılması (“turnaround”) üzrə görülən işlər son dərəcə baha başa gəlir və maliyyə ili ərzində operativ fəaliyyətə ən böyük təsiri göstərən amillərdən biridir.

Trend xəbər verir ki, bunu bu gun "ENCOTEC - TUV Rheinland Industrial Services UK" şirkətinin ("TÜV Rheinland" – sənayedə texniki nəzarət, təftiş, sertifikatlaşdırma və konsaltinq sahəsində ixtisaslaşan beynəlxalq alman təşkilatının bölməsi) bazarın inkişafı üzrə meneceri və beynəlxalq satışlar rəhbəri Alan D’Ambraccio bildirib.

Onun sözlərinə görə, bu proseslər zamanı obyektə minlərlə işçi cəlb olunur, mürəkkəb və riskli əməliyyatlar icra edilir, avadanlıq sökülür və insanlar onun daxilində işləyirlər.

O vurğulayıb ki, ənənəvi təftiş üsulları - UT və MP kimi ucuz görünsə də, əslində avadanlığın sökülməsi, çənlərin boşaldılması, izolyasiyanın çıxarılması və konstruksiyaların quraşdırılması kimi proseslərə böyük xərclər tələb edir. Dronlar və sürünən robotlar kimi yeni texnologiyaların tətbiqi isə bir çox işlərin, o cümlədən daxili təftişin daha təhlükəsiz və az xərclə yerinə yetirilməsinə imkan yaradır:

“Bu zaman ənənəvi müfəttişlər texnologiyaların tətbiqinə müqavimət göstərə bilirlər, çünki onların işi başqa operatorlara ötürülür. Texnologiyaların tətbiqi təftişlərin müddətini və intensivliyini avadanlığın real tələbatına uyğun şəkildə dəyişməyə şərait yaradır. Bu isə “turnaround” işlərini daha qısa, səmərəli və istehsala daha az təsir edən edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti