...

Çinin cənubunda baş verən yanğında səkkiz nəfər ölüb

Dünya xəbərləri Materials 10 Dekabr 2025 05:24 (UTC +04:00)

Bakı. Trend:

Çinin cənubundakı Quandun vilayətinin Şantou şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində səkkiz nəfər ölüb, dörd nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyətə istinadən bildirib.

Məlumata əsasən, yanğın 9 dekabrda yerli vaxtla saat 21:20-də başlayıb və saat 22:00 radələrində söndürülüb. Yanğın təxminən 150 kvadrat metr ərazini əhatə edib. Bütün yaralananlar xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.

Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti