...

"PAŞA Sığorta" evi yanmış müştərisinə 14 850 manat ödəniş edib (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2025 14:29 (UTC +04:00)
"PAŞA Sığorta" evi yanmış müştərisinə 14 850 manat ödəniş edib (FOTO)

Bakı. Trend:

Sığortalı şəxsin evi yanğın nəticəsində ciddi zərərə məruz qalıb. Nəticədə "PAŞA Sığorta" şirkəti icbari əmlak sığortalı müştərisinə 14 850 manat sığorta ödənişi edib. Sığortalının maksimum sığorta təminatı isə 15 000 AZN olub.

Qeyd edək ki, icbari əmlak sığortası ölkə ərazisində yerləşən mənzillərə yanğın, ildırım, qısa qapanma, təbii fəlakət və s. kimi risklərə qarşı sığorta təminatı verir. İllik sığorta haqqı Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 40 AZN, qalan regionlar üçün isə 30 AZN təşkil edir. Sığorta təminatı isə sığorta haqlarına müvafiq olaraq 25 000 AZN, 20 000 AZN və 15 000 AZN olaraq müəyyən olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti