...

ABŞ şirkəti “SOCAR Polymer” zavodu üzrə tenderdə iştirak edir

İqtisadiyyat Materials 9 Dekabr 2025 15:36 (UTC +04:00)
ABŞ şirkəti “SOCAR Polymer” zavodu üzrə tenderdə iştirak edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “Oceaneering International” şirkəti “SOCAR Polymer” zavodu üzrə tenderdə iştirak edir.

Trend-in əldə etdiyi məlumata görə, şirkət indiyədək bir neçə dəfə SOCAR tərəfindən təşkil olunan əksər tenderlərdə iştirak edib.

Hazırda isə “SOCAR Polymer” zavodu üzrə elan edilmiş tenderə qoşulub və bu istiqamətdə danışıqlar aparılır.

Məlumata görə, razılıq əldə olunacağı təqdirdə zavodun mövcud vəziyyətinin inspeksiyası, korroziya risklərinin aşkarlanması və aradan qaldırılması, eləcə də mühəndislik xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Bu işlər istehsal infrastruktunun təhlükəsizliyinin və istismar müddətinin artırılmasına yönələcək.

Qeyd edək ki, ABŞ-nin “Oceaneering International” şirkəti müvafiq texnoloji həllərdən istifadə edərək sənaye obyektlərinin uzunmüddətli istismarına töhfə verən layihələrdə iştirak edir.

Baş ofisi ABŞ-nin Hyuston şəhərində yerləşən “Oceaneering International” beynəlxalq şirkətlərə mühəndislik xidmətləri və texnoloji avadanlıqlar təqdim edən, xüsusilə sualtı mühəndislik və tətbiqi texnologiyalar sahəsində ixtisaslaşmış qlobal şirkətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti