...

Nazirlik məktəb kitabxanaları üçün kitab seçimi ilə bağlı məsələyə aydınlıq gətirib

Cəmiyyət Materials 9 Dekabr 2025 17:17 (UTC +04:00)
Nazirlik məktəb kitabxanaları üçün kitab seçimi ilə bağlı məsələyə aydınlıq gətirib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil məktəblərinin kitabxanalarının oxu ədəbiyyatları ilə zənginləşdirilməsi məqsədilə, ölkədəki mövcud (yerli və xarici) oxu nümunələri (klassik ədəbiyyat, publisist, bestseller və s.) arasından seçim aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oxu nümunələrinin seçimi şagirdlərin yaş səviyyəsinə uyğunluğu, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü meyarları əsasında mütəxəssislərin iştirakı ilə həyata keçirilir.

"Seçilmiş oxu ədəbiyyatları onlar üzərində satış hüququ olan şirkətlərdən satın alınması yolu ilə əldə olunur. Hər il satınalınan oxu ədəbiyyatlarının hər birindən bir nüsxə olmaqla, dövlət ümumi təhsil müəssisələrinə təqdim edilir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, məktəb kitabxanaları üçün kitabların seçilməsi və ya alınması hansı prinsiplərlə həyata keçirildiyi uzun illərdir ictimaiyyət arasında müzakirə mövzusu olaraq qalır. Bu prosesdə həm təhsil ekspertlərinin rəyi, həm də şagirdlərin yaş xüsusiyyətləri və ehtiyacları nəzərə alınmalıdır. Şəffaf meyarların tətbiqi isə valideynlərdə və cəmiyyətdə etimadı artırır. Eyni zamanda, kitab fondu yenilənərkən müasir tədris tələblərinə uyğun, həm də milli-mənəvi dəyərləri əks etdirən nəşrlərin seçilməsi xüsusi əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti