Bakı. Trend:
Kamboca sərhədində baş verən döyüşlərdə Tayland əsgərləri arasında ölənlərin sayı 5-ə çatıb, 68 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Tayland Quru Qoşunlarının İkinci Hərbi Dairəsi məlumat yayıb.
Ölən şəxsin Kamboca ilə sərhəddə yerləşən Sisaket əyalətindən olan 20 yaşlı əsgər olduğu qeyd olunub. Tayland ordusu daha əvvəl 68 nəfərin yaralandığını bildirib. Bu arada, Tayland Silahlı Qüvvələrinin məlumatına görə, Kamboca qüvvələrindən 61 nəfər ölüb.
Qeyd edək ki, dekabrın 7-də Tayland və Kamboca sərhədində kiçik silahlı toqquşmalar başlayıb.