Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Tayland və Kamboca arasındakı münaqişənin yeni eskalasiyasından narazılığını ifadə edib və onu həll etməyə hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Pensilvaniyada çıxışı zamanı deyib.
"Sabah telefon danışığı aparacam və düşünürəm ki, hər şeyi başa düşəcəklər. Telefon danışığım olacaq və iki çox güclü ölkə - Tayland və Kamboca arasındakı müharibəyə son qoyacam", - deyə o, Pnompen və Banqkok arasında münasibətlərin yenidən gərginləşməsindən narazılığını ifadə edərək bildirib.