...

İngiltərə yığmasının futbolçusu həbs olunub

Dünya xəbərləri Materials 9 Dekabr 2025 12:19 (UTC +04:00)
İngiltərə yığmasının futbolçusu həbs olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Səudiyyə Ərəbistanının “Əl-Əhli” futbol klubunun hücumçusu və İngiltərə Milli Komandasının üzvü Ayvan Touni Londonda düşən əlbəyata dava ilə əlaqədar həbs olunub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O, barda yaranan mübahisə zamanı qarşı tərəfə başı ilə zərbə endirməkdə və zərərçəkənin burnunu sındırmaqda ittiham olunur. İngiltərə mediasının məlumatına görə, insident zərərçəkənin şəkil çəkdirmək üçün Touninin boynundan tutmasından sonra baş verib.

Yayılan görüntülərdə polisin onu qandallanmış şəkildə bardan çıxardığı əksini tapıb.

Touninin 29 yaşı var. O “Əl-Əhli” klubuna 2024-cü ilin avqust ayında keçib. Buna qədər o bir sıra İngiltərə klublarında çıxış edib, son klubu isə “Brentford” olub. İngiltərə Millisinin heyətində o 7 matçda meydana çıxıb, bir qol vurub, bir məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti