...

Avtobus idarə edəcək qadın sürücülər üçün təlimlər davam edir

Cəmiyyət Materials 9 Dekabr 2025 18:12 (UTC +04:00)
Avtobus idarə edəcək qadın sürücülər üçün təlimlər davam edir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qadın sürücülərin peşəkar bacarıqlarını artırmaq, onların ictimai nəqliyyat sektorunda aktiv iştirakını və məşğulluğunu təmin etmək məqsədilə paytaxtda avtobus idarəetmə təlimlərini davam etdirir.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.

Təlimdə “D”, “B” və ya “C” (“C1”) kateqoriyalı sürücülük vəsiqəsinə malik, 60 yaşadək qadınlar iştirak edə bilərlər. Yalnız “B” və ya “C” (“C1”) və yaxud “BC” kateqoriyasına malik olan xanım sürücülərin ən azı 5 il sürücülük təcrübəsi olmalıdır.

Təlimi uğurla başa vuran “D” kateqoriyasına malik iştirakçılara marşrut avtobuslarında işlə təmin olunmaqda dəstək göstəriləcək.

Hazırda AYNA-nın Təlim-Tədris Mərkəzində 8 xanım avtobus idarəetmə təlimində iştirak edir.

Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından keçirlər.Bu mərhələdə onların həm nəzəri bilikləri, həm də praktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir.

AYNA-nın bu təşəbbüsü qadınların iqtisadi fəallığını dəstəkləyir, onların nəqliyyat sahəsində rolunu artırır. Bu, həm də ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə və sərnişin məmnuniyyətinə böyük töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti