...

Goranboyda qəza: bir nəfər öldü

Hadisə Materials 26 Avqust 2025 09:13 (UTC +04:00)
Goranboyda qəza: bir nəfər öldü
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Goranboyda yol nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndi ərazisində baş verib.

Belə ki, ötən gecə Xanqərvənd kəndində yaşayan F.Zeynalov idarə etdiyi “Hyundai İX35” markalı avtomobillə Naftalan-Goranboy avtomobil yolunun Goranboy rayonu Xanqərvənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin A.Həsənova aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Goranboy RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti