...

Fransada hökumətə etimad səsverməsi sentyabrda keçiriləcək

Dünya xəbərləri Materials 26 Avqust 2025 00:20 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 8-də Fransa Milli Assambleyasına baş nazir Fransua Bayrunun təşəbbüsü ilə hökumətə etimad səsverməsi keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə "BFM TV" televiziya kanalı xəbər verib.

"Mən prezidentdən parlamentin növbədənkənar iclasının keçirilməsini xahiş etdim", - deyə F.Bayru bildirib.

"Figaro" qəzeti xəbər verib ki, Fransa prezidenti Emmanuel Makron buna razılıq verib.

Hökumətin istefaya getməməsi üçün mütləq səs çoxluğunun dəstəklənməsi lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti