...

Uzun illər Azərbaycanda elmi konfransların nəticələri ürəkaçan olmayıb - Əminağa Sadıqov

Cəmiyyət Materials 26 Avqust 2025 11:02 (UTC +04:00)
Uzun illər Azərbaycanda elmi konfransların nəticələri ürəkaçan olmayıb - Əminağa Sadıqov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Uzun illər ölkəmizdə müxtəlif elmi konfranslar keçirilsə də, onların nəticələri hələ ürəkaçan olmayıb.

Trend xəbər verir ki, bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin icraçı rektoru Əminağa Sadıqov Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda keçirilən “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

Ə. Sadıqov bildirib ki, hazırda təşkil edilən konfransların əksəriyyəti artıq tələblərə cavab verir:

“Hesab edirəm ki, bu konfrans yeni ideyaların formalaşmasına zəmin yaradacaq. Ən əsası isə, bu tip tədbirlər başa çatdıqdan sonra onların əks-sədası uzun müddət davam etməlidir. Konfransda müzakirə olunan mövzular elmi-populyar dildə geniş ictimaiyyətə təqdim edilməlidir ki, tədbir öz məqsədinə çatsın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti