...

Rubio avropalı həmkarları ilə Ukraynanın nizamlanması məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 26 Avqust 2025 06:28 (UTC +04:00)
Rubio avropalı həmkarları ilə Ukraynanın nizamlanması məsələsini müzakirə edib

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio Finlandiya, Fransa, Almaniya, İtaliya, Polşa, Böyük Britaniya və Ukraynanın xarici işlər nazirləri, həmçinin Avropa diplomatiyasının rəhbəri ilə Ukraynadakı münaqişənin diplomatik yolla həllini müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib.

Bildirilib ki, tərəflər “uzunmüddətli danışıqlar yolu ilə Rusiya-Ukrayna müharibəsinə son qoymağa yönəlmiş diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər”.

"CNN" televiziya kanalı qeyd edib ki, M.Rubio “Avropa və Ukraynanın xarici işlər nazirləri ilə koalisiyanın Ukrayna üçün potensial təhlükəsizlik təminatlarının yaradılması üzrə işini müzakirə edib”.

Xəbər lenti

Xəbər lenti