Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük daşımalarının həcmi 8,300 milyon olub.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 130,8 min ton və ya 1,6% çoxdur.
Belə ki, 2024-cü ilin ilk 6 ayında Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük daşımalarının həcmi 8,170 milyon ton olmuşdu.
Qeyd edək ki, hesabat dövründə bu nəqliyyat dəhlizi üzrə yük daşımalarının 4,998 milyon tonu tranzit yüklər olub ki, bu da illik müqayisədə 43,7 min ton və ya 0,9% azdır.