Bakı. Trend:
Misli Premyer Liqasında II tur başa çatıb.
Trend-in məlumatına görə, son oyunda “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşü İnqilab Məmmədov idarə edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "İmişli" ilə qolsuz heç-heçə edib, "Qarabağ" evdə "Sumqayıt"a 0:1, "Kəpəz" "Karvan-Yexlax"a 2:3, “Şamaxı” “Sabah”a, “Turan Tovuz” “Araz-Naxçıvan”a 1:2 hesabı ilə uduzub.