...

İngiltərənin Vayt adasında helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 25 Avqust 2025 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin Vayt adasında baş verən helikopter qəzası nəticəsində bir nəfər ağır xəsarət alıb.

Trend “Telegraph”a istinadla xəbər verir ki, yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, helikopter havada fırlanaraq tarlaya düşüb. Hadisə baş verən zaman helikopterdə dörd nəfər olub və onların hava yastıqları açılıb.

Qəza yerinə təcili yardım və polis qüvvələri cəlb edilib, əraziyə gediş-gəliş məhdudlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti