...

Serbiyanın əsas xarici siyasət hədəfi Avropa İttifaqına üzv olmaqdır - Vuçiç

Dünya xəbərləri Materials 25 Avqust 2025 23:02 (UTC +04:00)
Serbiyanın əsas xarici siyasət hədəfi Avropa İttifaqına üzv olmaqdır - Vuçiç

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) qoşulmaq Serbiyanın əsas xarici siyasət məqsədi olaraq qalır.

Trend-in məlumatına görə, bu barədə “Euronews” telekanalına müsahibəsində respublika prezidenti Aleksandr Vuçiç bildirib.

A.Vuçiç vurğulayıb ki, Serbiya Avropaya inteqrasiya istiqamətində öz kursunu davam etdirəcək və lazımi islahatları davam etdirəcək.

"Nə qədər ki, mən ölkəyə rəhbərlik edirəm, Serbiya Avropa yolunda möhkəm, sadiq və lazımi islahatları həyata keçirmək əzmində qalacaq", - deyə Serbiya prezidenti qeyd edib.

Onun sözlərinə görə, Aİ-yə üzvlük prioritet olaraq qalır, çünki "ölkənin yeri məhz ordadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti