Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə ümid edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə bir sıra yeni fərmanların imzalanması mərasimi zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Əslində bir gün onu görəcəyəm. Mən onunla görüşməyə hazıram", - deyə D.Tramp KXDR və Kim Çen Inla bağlı sualı şərh edərkən bildirib.
"Biz nə vaxtsa görüşəcəyik. Mən həqiqətən buna hazıram", - deyə o təkrar edib.
ABŞ prezidenti əlavə edib ki, onun Kim Çen Inla çox yaxşı münasibəti var.