Bakı. Trend:
ABŞ bu həftə Yaponiya ilə ticarət sazişinin imzalanmasını rəsmi olaraq elan etməyə moyyətindədir.
Trend-in məlumatına görə, bu barədə ABŞ ticarət naziri Qovard Latnik bildirib.
Onun sözlərinə görə, sazişə əsasən ABŞ prezidenti Donald Trampın administrasiyasına təxminən 550 milyard dollar investisiya əldə edəcək.
"Bu həftə elan edəcəyimiz Yaponiya ilə razılaşma ilə Donald Trampın sərəncamına 550 milyard dollar keçəcək", - deyə o bildirib.
Latnik gələcək sazişin təfərrüatlarını açıqlamayıb, lakin qeyd edib ki, bu razılaşmadan əldə edilən vəsait ABŞ-də nadir torpaq metalları, yarımkeçiricilər və tibbi dərman sənayesinin inkişafına yönəldiləcək.