Bakı. Trend:
Bitkoinin qiyməti 9 iyul 2025-ci ildən bəri ilk dəfə ticarət sessiyası zamanı 110 min dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, bu barədə "Binance" platformasından bildirilib.
Saat 00:37-yə olan məlumata görə, bitkoinin qiyməti 2,13 faiz azalaraq 109 917 min dollar olub.
Saat 00:58-də göstərici öz enişini sürətləndirib və 109,839 min dollar (-2,47%) təşkil edib.