Bakı. Trend:
ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, nazirliyin Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı əlavə dərin araşdırması təxminən bir il çəkəcək.
Trend-in məlumatına görə, bu barədə P.Heqset Ağ evdə tədbir zamanı bildirib.
"Biz bütün lazımi sənədlərə çıxış əldə edirik: niyə qərarlar qəbul edilib və ya verilməyib, niyə ordumuzu qorumaq üçün müəyyən tədbirlərə məhəl qoyulmayıb", - deyə bildirilib.
Pentaqon rəhbəri vurğulayıb ki, təhqiqat ən tez "2026-cı ilin ortalarına" qədər tamamlanmayacaq, çünki onun gedışatı cavab almaq üçün daha çox araşdırmanı tələb edir.