Bakı. Trend:
Rusiyanın Saxalin vilayətinin Şimali Kuril adaları yaxınlığında Sakit okeanda səhər saatlarında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı xəbər verib.
Zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 206 km cənub-şərqdə (Paramuşir adası), ocağı isə 41 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib.