Bakı.Trend:
Azərbaycan karateçiləri “Marmara Cup” beynəlxalq turnirində komanda hesabında birinci yeri tutublar.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan karateçiləri Türkiyədə keçirilən “Marmara Cup” beynəlxalq turnirində böyük uğura imza atıblar. Yarışda ölkəmizi təmsil edən idmançılar yüksək nəticələr göstərərək ümumi medal sıralamasında (uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında) birinci yeri tutublar.
Milli komanda üzvlərimizin nəticəsi:
-50 kq – Fatimə Cəbrayılova, bürünc medal;
-55 kq – Mədinə Sadıqova, gümüş medal;
-55 kq – Nəzrin Piriyeva, bürünc medal;
-60 kq – Fərid Savadov, qızıl medal;
-60 kq – Fariz Şahbazov, gümüş medal;
-67 kq – Nuran Rzazadə, qızıl medal;
-67 kq – Hüseyn Məmmədli, gümüş medal;
-75 kq – Rəşid Süleymanov, qızıl medal;
-84 kq – Turqut Həsənov, bürünc medal;
-84 kq – Fərid Şahbazlı, bürünc medal;
+84 kq – Asiman Qurbanlı, qızıl medal;
+84 kq – Vahid Həsənov, bürünc medal.
Qeyd edilib ki, beynəlxalq turnirdə 28 ölkədən 2000-ə yaxın karateçi qüvvəsini sınayıb.