...

Dövlət xətti ilə xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı məlum olub

Cəmiyyət Materials 26 Avqust 2025 11:38 (UTC +04:00)
Dövlət xətti ilə xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı məlum olub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət xətti ilə xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2024-2025-ci tədris ilində 1111 nəfər xarici ölkələrdə təhsil alıb.

Onlardan 212 nəfəri MDB ölkələrində ( 12 nəfər Qazaxıstanda, 198 Rusiyada, 2 nəfər Tacikistanda), 899 nəfər isə digər ölkələrdə ( 1 nəfər ABŞ-də, 4 nəfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, 72 nəfər Çində, 3 nəfər İspaniyada, 3 nəfər İtaliyada, 3 nəfər Cənubi Koreyada, 321 nəfər Macarıstanda, 13 nəfər Ruminiyada, 478 nəfər Türkiyədə) təhsil alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti