Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 1,044 milyard manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 63,7 milyon manat və ya 6,5% çoxdur.
Cari ilin birinci yarısında avtomobil nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 472,7 milyon manat olub ki, bu da ötən ilin ilk 6 ayındakı göstəriciyə nisbətən 31,3 milyon manat və ya 7,1% çoxdur.
Bu ilin ilk 6 ayında avtomobil nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 571,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 32,3 milyon manat və ya 6% çoxdur.
Cari ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 70,084 milyon ton (6,9% artım), sərnişin daşımalarının həcmi isə 900,898 milyon nəfər (6,2% artım) təşkil edib.