Bakı. Trend:
İngiltərənin "Everton" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Trend xəbər verir ki, "mavilər" "Sauthempton"dan Tayler Diblinqi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Everton" ingiltərəli vinger üçün onun klubuna 40+5 milyon avro təzminat ödəyəcək. 19 yaşlı ön xətt oyunçusu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, tayler Diblinq Sauthempton"un yetirməsidir. Gənc oyunçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 38 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.