Bakı.Trend:
Bu il mədəni sərvətlərin qorunması barədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı ötən il 50 qərar qəbul olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ildə isə mədəni sərvətlərin qorunması barədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 77 inzibati tənbeh tətbiqi haqqında qərar qəbul olunub:
“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması və mövcud qanunvericilik çərçivəsində istifadəsi ilə bağlı monitorinqlər aparılır. Abidələrin bədii-estetik görkəminə, tarixi əhəmiyyətinə, xarici quruluşuna, konstruktiv dayanıqlığına xələl gətirən və təyinatına uyğun olmayan istifadə halları aşkar olunduqda müvafiq tədbirlər görülür”.
“Mülkiyyətçi və ya icarədarlar tərəfindən edilən qanunsuz müdaxilələr daha çox kommunikasiya xətlərinin çəkilməsi, məişət qurğularının vurulması, mühafizə zonalarının zəbt olunması, əlavə tikililər və artırmalar kimi faktlar müəyyən edilir”, - məlumatda bildirilir.