Bakı. Trend:
Almaniyanın "Borussiya" (Dortmund) komandası baş məşqçisi Niko Kovaçla müqaviləni yeniləyib.
Trend Dortmund təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, xorvatiyalı mütəxəssisin sözləşməsinin müddəti 2027-ci il iyunun 30-dək uzadılıb.
Qeyd edək ki, Niko Kovaç bu ilin yanvar ayında "Borussiya"nın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında ötən mövsüm Bundesliqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.