Bakı. Trend:
Azərbaycanın 5 şahmatçısının bu il Hindistanın Qoa ştatında keçiriləcək Dünya Kubokunda iştirakı təsdiqlənib.
Trend xəbər verir ki, yarışda Nicat Abasov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Read Səmədov və Əhməd Əhmədzadənin mübarizə aparacağı dəqiqləşib. Azərbaycanın daha bir təmsilçisinin adı sonra açıqlanacaq.
Qeyd edək ki, oktyabrın 30-da start götürəcək Dünya Kubokunda ümumilikdə 206 şahmatçı çıxış edəcək. Yarışa noyabrın 27-də yekun vurulacaq.