...

Bakıda “Avropa Mobillik Həftəsi” keçiriləcək (VİDEO)

İqtisadiyyat Materials 26 Avqust 2025 15:59 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda “Avropa Mobillik Həftəsi” keçiriləcək

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Avropa Mobillik Həftəsi” Avropa Komissiyasının dayanıqlı şəhər hərəkətliliyi ilə bağlı maarifləndirmə kampaniyasıdır:

“Hər il sentyabrın 16-dan 22-ə kimi əsas tədbirlər keçirilir və avtomobilsiz gün ilə yekunlaşır. Yerli hakimiyyət orqanları bu bir həftəni innovativ planlaşdırılan tədbirləri sınaqdan keçirmək, yeni infrastruktur və texnologiyaları təbliğ etmək, havanın keyfiyyətini ölçmək və ictimaiyyətdən rəy almaq üçün istifadə edir.

Hər il daha çox şəhərlərin qoşulması və geniş media cəlbi ilə kampaniya, Avropada və ondan kənarda davamlı şəhər mobilliyinə doğru effektiv addım kimi tanınır”.

“Layihə hər il fərqli mövzu ilə reallaşır. Builki mövzu “Hər kəs üçün mobillik”dir. Bu o deməkdir ki, bütün insanlar dayanıqlı nəqliyyatla təmin edilməlidir.

2025-ci ildə “Avropa Mobillik Həftəsi” bizi nəqliyyat xidmətlərinin əlçatan, sərfəli, əhatəli və təhlükəsiz etməyə və inkişaf etdirməyə dəvət edir, eyni zamanda ictimai nəqliyyat, piyada gəzinti və velosiped sürməyin hamı üçün əlçatan seçim olmasını təmin edir”-məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti