...

Xocavənd və Ağdərədə yanğınlarla mübarizə davam edir (VİDEO)

Hadisə Materials 26 Avqust 2025 14:23 (UTC +04:00)
Xocavənd və Ağdərədə yanğınlarla mübarizə davam edir (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də, yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti