...

"İmişli" kolumbiyalı futbolçu transfer etdi

İdman Materials 26 Avqust 2025 15:21 (UTC +04:00)
"İmişli" kolumbiyalı futbolçu transfer etdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

"İmişli" sıralarına daha bir futbolçu qatıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi kolumbiyalı müdafiəçi Edvin Bangera ilə 2 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu Portuqaliyanın II Liqasından “İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.

Sol cinah müdafiəçisi indiyədək “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.

Qeyd edək ki, "İmişli" bunadək Ronaldo Rodriqez de Souza, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Rafael Vieqas, Hüseynəli Quliyevi, Ezekiel Morqan, Nikola Karaklayiç, Luiz Fernando Silvestr Junioru, Yav Mozes, Tuncay Yusifli, Dioqo Almeyda və Xəlil Mürsəllini heyətinə qatıb.

Xəbər lenti

Xəbər lenti