...

Azərbaycan və Uqanda arasında energetika sahəsində əməkdaşlığın inkişafı dəyərləndirilib

Energetika Materials 26 Avqust 2025 18:12 (UTC +04:00)
Azərbaycan və Uqanda arasında energetika sahəsində əməkdaşlığın inkişafı dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Uqanda arasında münasibətlərin energetika sahəsində inkişafı imkanları müzakirə edilib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr energetika nazirinin müavini Kamal Abbasovun Azərbaycanda səfərdə olan Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimba ilə görüşü çərçivəsində baş tutub.

Görüşdə iki ölkə arasında münasibətlərin digər sahələrlə yanaşı energetika sahəsində də inkişafı imkanları müzakirə edilib, ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində qarşılıqlı dəstək və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

"Ölkəmizdə neft-qaz, elektrik enerjisi, bərpa olunan enerji, enerji səmərəliliyi istiqamətlərində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib. Eyni zamanda, Uqandanın neft-qaz sektoru, mədən sənayesi, hidroenerji potensialından bəhs olunub və bu sahədə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib", - məlumatda bildirilib.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti