Bakı. Trend:
Bu ilin 1-ci yarımilində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 1 601 yeni iş yeri açılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 615 vahid və ya 62,4% çoxdur.
Məlumata görə, hesabat dövründə Qarabağda 1 040 (87,7% çox), Şərqi Zəngəzurda isə 561 (29,9% çox) yeni iş yerləri yaradılıb.
Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox iş yeri Xankəndinin (385), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə Laçın rayonunun (244) payına düşüb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 2025-ci ilin yanvar-iyun ayları ərzində yeni yaradılan iş yerlərinə dair göstəriciləri təqdim edirik:
Qarabağ iqtisadi rayonu |
1040 |
Xankəndi şəhəri |
385 |
Ağcabədi rayonu |
49 |
Ağdam rayonu |
102 |
Ağdərə rayonu |
18 |
Bərdə rayonu |
82 |
Füzuli rayonu |
56 |
Xocalı rayonu |
73 |
Xocavənd rayonu |
29 |
Şuşa rayonu |
17 |
Tərtər rayonu |
229 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
561 |
Cəbrayıl rayonu |
106 |
Kəlbəcər rayonu |
160 |
Qubadlı rayonu |
40 |
Laçın rayonu |
244 |
Zəngilan rayonu |
11 |
Ümumilikdə, 2025-ci ilin altı ayı ərzində Azərbaycanda 48,9 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92,1 faizi qeyridövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 74,7 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 24,2 faizi digər regionların, o cümlədən 8,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara, 1,1 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,0 faizi Şirvan-Salyan, 0,8 faizi Qazax-Tovuz, 0,5 faizi Dağlıq Şirvan və 0,5 faizi Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 10,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 1,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Bundan başqa, 2025-ci ilin birinci yarımili ərzində ölkədə 4,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 53,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 24,2 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 75,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.