Bakı.Trend:
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularından ibarət növbəti heyət “Dağ komando kursu”nda iştirak etmək üçün qardaş ölkənin İsparta şəhərinə yola düşüb.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçiriləcək
kursda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitdə
müasir döyüşaparma üsulları, həmçinin yeni texnologiyaların
imkanları öyrədiləcək.
Qeyd edək ki, keçirilən kursun əsas məqsədi komando bölmələrinin
döyüş vərdişlərinin artırılması və şəxsi heyətin peşəkarlıq
səviyyəsinin daha da yüksəldilməsidir.