Bakı. Trend:
Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gercəkləşdiməyə xidmət edəcək.
Trend xəbər verir k, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
O qeyd edib ki, Bu gün biz inanırıq ki, Zəngəzur dəhlizi
açıldıqda Naxçıvanın tarixi izolyasiyası bitəcək, muxtar respublika
təkcə ölkəmizin deyil, bütövlükdə regionun iqtisadi yüksəlişində
aparıcı rol oynayacaq.
İllərlə davam edən gərginlik və blokadadan sonra Azərbaycanın əsas
hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun işə
düşməsi Naxçıvan Muxtar Respublikası üçün yeni imkanların qapısını
açır.
Yeni yollar, dəmiryolları, enerji xətləri və rəqəmsal bağlantının
qurulması ilə Naxçıvan logistika mərkəzinə çevrilir. Bu həm də
ticarət və turizm imkanlarının artmasına, yerli istehsalın ixrac
potensialının güclənməsinə səbəb olacaq.
Vurğulanıb ki, Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gercəkləşdiməyə xidmət edəcək. Açılacaq yollar ticarətin həcmini artıracaq, enerji və rəqəmsal kommunikasiya imkanlarını genişləndirəcək.
Eyni zamanda Zəngəzur dəhlizi təkcə kommunikasiya xətti deyil – o, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcı olub bütövlükdə regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyətə malikdir.
Zəngəzur və Naxçıvan məsələsi ilə yanaşı, ölkəmizin inkişaf gündəliyində bir sıra prioritet istiqamətlər də var. Bütün respublikada olduğu kimi Naxçıvan üçün də rəqəmsal və şəffaf idarəçiliyin, yəni – korrupsiyasız, vətəndaşa xidmət edən dövlət sisteminin inkişaf etdirilməsi, sosial rifah və məşğulluğun artırılıması – xüsusilə gənclərin dəstəklənməsi və yeni iş yerlərinin açılması, eləcə də ekoloji təhlükəsizlik sahəsində – su resurslarının qorunması, yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində fəaliyyət xüsusi önəm kəsb edir.