Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin birinci qrupu İrana qayıdıb və işə başlamağa hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə beynəlxalq agentliyin rəhbəri Rafael Qrossi “Fox News” telekanalına açıqlamasında bildirib.
“Biz İran hakimiyyəti ilə müzakirələr aparırıq. İndi AEBA müfəttişlərinin birinci qrupu İrana qayıdıb və biz yoxlamaları bərpa etməyə hazırlaşırıq”, – deyə o vurğulayıb.
Qrossi əlavə edib ki, hazırda AEBA-nın İranda fəaliyyətini bərpa etmək üçün əməli tədbirlərlə bağlı müzakirələr aparılır.
Xatırladaq ki, ötən gün İran, Fransa, Almaniya, Böyük Britaniya və Aİ nümayəndələri Cenevrədə İranın nüvə problemini müzakirə ediblər. Daha sonra “Axios” jurnalisti Barak David “X” sosial şəbəkəsində görüşün nəzərəçarpacaq irəliləyiş olmadan başa çatdığını yazıb.