...

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib

İdman Materials 27 Avqust 2025 02:04 (UTC +04:00)
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Trend xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Qazaxıstanda baş tutan ilk qarşılaşmada “Kayrat” və “Seltik” komandaları qalibi müəyyənləşdirə bilməyiblər. 210 dəqiqə ərzində qapılara qol vurulmayıb və qalib penalti seriyasında müəyyənləşib. Qazaxıstan çempionu tarixində ilk dəfə Çempionlar Liqasının final mərhələsinə yüksəlib.

Eyni uğuru Kiprdən “Pafos” da əldə edib. İki oyunun nəticəsinə görə “Srvena Zvezda”nı mübarizədən kənarlaşdıran komanda tarixi nailiyyət qazanıb.

Norveç təmsilçisi “Budö Qlimt” isə “Şturm Qrats”dan güclü olub və ilk dəfə Çempionlar Liqasının final mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 avqust

20:45. "Kayrat" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) - 0:0, ə.v. 0:0, pen. 3:2 (İlk oyun - 0:0)

23:00. "Pafos" (Kipr) - "Srvena Zvezda" (Serbiya) - 1:1 (İlk oyun - 2:1)

23:00. "Şturm Qrats" (Avstriya) - "Budö Qlimt" (Norveç) - 2:1 (İlk oyun - 0:5)

Xəbər lenti

Xəbər lenti