...

Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz arasında strateji körpü rolunu oynayır - Nazir

İqtisadiyyat Materials 26 Avqust 2025 19:47 (UTC +04:00)
Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz arasında strateji körpü rolunu oynayır - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizin strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında təbii açar və körpü rolunu oynaması bir sıra iqtisadi layihələrin həyata keçirilməsində əvəzedilməz rol oynayır.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

"Ölkəmizin belə bir mövqe qazanmasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, milli maraqların qorunması yolunda nümayiş etdirdiyi qətiyyət və beynəlxalq nüfuzu nəticəsində nail olunub.

Dövlətimizin bu tarixi nailiyyətlərinin əldə edilməsində Prezidentin ən yaxın silahdaşı, Azərbaycanın Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın rolu danılmazdır.

Birinci vitse-prezident Mehriban Əliyevanın dünyada Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin beynəlxalq nüfuzunun formalaşdırılmasında, Azərbaycanın milli maraqlarının qorunması ilə şərtləndirilən sülh gündəliyinin bölgədə bərqərar olunmasında rolu əvəzsizdir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti