...

Belçika sentyabrda Ukraynaya “F-16” qırıcıları verəcək

Dünya xəbərləri Materials 27 Avqust 2025 00:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçika sentyabr ayında Ukraynaya “F-16” qırıcılarını təhvil verəcək.

Trend xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo Odessada Ukrayna ilə Benilüks ölkələri (Belçika, Niderland və Lüksemburq) arasında keçirilən görüşün yekunlarına dair açıqlamasında bildirib.

Nazir göndəriləcək təyyarələrin sayını dəqiqləşdirməyib.

O əlavə edib ki, Belçika Ukraynaya iqtisadi dəstək üçün 20 milyon avro ayıracaq, 2029-cu ilə qədər Qara dənizin minalardan təmizlənməsi üçün gəmilər təqdim edəcək və dronlar göndərəcək.

Xəbər lenti

Xəbər lenti