...

ABŞ viza rüsumlarını artırıb

Dünya xəbərləri Materials 26 Avqust 2025 19:52 (UTC +04:00)
ABŞ viza rüsumlarını artırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkədə turist vizası üçün müraciət rüsumu 135 faiz artaraq, 185 dollardan 435 dollara yüksəlib.

Beləcə, ABŞ viza rüsumları dünyanın ən bahalı vizaları sırasına daxil olub.

Konqresin Büdcə Ofisi (CBO) yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləyib.

Amma turizm sənayesi nümayəndələri yüksək viza rüsumlarının ABŞ üçün turizm gəlirlərinin 29 milyard dollara qədər azalmasına səbəb ola biləcəyindən narahatdırlar.

Onların qənaətinə görə, qlobal tədbirlərdə ABŞ-nin rəqabət qabiliyyəti zəifləyə bilər.

Xəbər lenti

Xəbər lenti