...

Finlandiya piyada əleyhinə minaların istifadəsini bərpa edəcək

Dünya xəbərləri Materials 26 Avqust 2025 21:36 (UTC +04:00)
Finlandiya piyada əleyhinə minaların istifadəsini bərpa edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya 2026-cı ilin yanvarından etibarən piyada əleyhinə minaların istifadəsini bərpa etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarına istinadən “Yle” telekanalı məlumat yayıb.

Xatırladaq ki, Finlandiya 2025-ci il iyulun 10-da piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması barədə BMT-yə rəsmi müraciət edib. Sazişin denonsasiyası isə gələn ilin yanvarında qüvvəyə minəcək.

Müdafiə Nazirliyindən bildirilib ki, “quru qoşunları gələn ilin yanvarında piyada əleyhinə minaları arsenala bərpa edəcək”.

Quru qoşunlarının mühəndisi Riku Mikkonenin sözlərinə görə, 2026-cı ilin yanvarından etibarən mövcud müdafiə sisteminə əlavə olaraq minaların sürətli istifadəsi üçün tədbirlər hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti