...

"Atalanta"nın futbolçusu "Beşiktaş"a keçib

İdman Materials 26 Avqust 2025 21:17 (UTC +04:00)
"Atalanta"nın futbolçusu "Beşiktaş"a keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Atalanta" klubuna məxsus malili hücumçu El Bilal Ture karyerasını Türkiyənin "Beşiktaş" komandasında davam etdirəcək.

Trend xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı futbolçunu mövsümün sonuna qədər satınalma hüququ ilə icarəyə götürüb.

Bu gün tibbi müayinədən keçən Ture ilə müqavilə imzalanıb. Qeyd edək ki, o, ötən mövsümü icarə əsasında Almaniyanın "Ştutqart" klubunda keçirib.

Malili forvard Bundesliqada meydana çıxdığı 17 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti