...

MİDA yeni yaşayış kompleksinin tikintisi ilə bağlı 36,3 milyon manatlıq işlərə başlayır

İqtisadiyyat Materials 27 Avqust 2025 01:10 (UTC +04:00)
MİDA yeni yaşayış kompleksinin tikintisi ilə bağlı 36,3 milyon manatlıq işlərə başlayır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksinin inşasına start verir.

Trend-in məlumatına görə, 4,5 ha torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 14 və15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının tikintisi işləri aparılacaq.

Hazırda MİDA sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda MİDA görüləcək işlərin 36 311 571 manata başa gələcəyini proqnozlaşdırıb.

Xəbər lenti

Xəbər lenti