...

Dünyanın ən yaxşı qapıçılarının reytinq cədvəli açıqlandı

İdman Materials 26 Avqust 2025 19:14 (UTC +04:00)
Dünyanın ən yaxşı qapıçılarının reytinq cədvəli açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Give Me Sport" portalı futbol tarixinin ən yaxşı qapıçılarının reytinqini yeniləyib.

Trend xəbər verir ki, siyahıya futbol tarixində "Qızıl top" mükafatını qazanmış yeganə qapıçı Lev Yaşin liderlik edir.

İkinci yerdə əfsanəvi Canluici Buffon, üçüncü pillədə isə "Bavariya"nın lideri Manuel Noyer qərarlaşıblar.

İkiqat Avropa çempionu və dünya çempionatının qalibi İker Kasilyas dördüncü, Oliver Kan isə beşinci yeri tutublar.

İlk onluqda, həmçinin Petr Çex, Peter Şmeyxel, Edvin van der Sar, Alisson Bekker və Qordon Benks yer alıblar.

Xəbər lenti

Xəbər lenti