...

Ukraynadakı münaqişənin xərcləri NATO müttəfiqlərinin üzərinə düşüb - Tramp

Dünya xəbərləri Materials 26 Avqust 2025 22:56 (UTC +04:00)
Ukraynadakı münaqişənin xərcləri NATO müttəfiqlərinin üzərinə düşüb - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynadakı münaqişənin xərcləri tamamilə NATO müttəfiqlərinin üzərinə düşüb.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp kabinet iclasında deyib. Onun sözlərinə görə, ABŞ yalnız silah tədarükü ilə məşğuldur.

“Biz artıq Ukraynanın maliyyələşdirilməsində deyil, münaqişənin və ölümlərin dayandırılmasında iştirak edirik. NATO münaqişəni maliyyələşdirir”, – deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, Vaşinqton müttəfiqlərinə milyardlarla dollara hərbi texnika, o cümlədən “Patriot” sistemləri satır. Müdafiə sənayesi müəssisələri isə istehsal həcmini iki və üçqat artırır.

Xəbər lenti

Xəbər lenti