...

Lukas Vaskesin yeni klubu məlum oldu

İdman Materials 26 Avqust 2025 19:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real"dan ayrılan Lukas Vaskesin yeni klubunun adına aydınlıq gəlib.

Trend xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Vaskes "Bayer"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı sağ cinah müdafiəçisi Leverkuzen təmsilçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Lukas Vaskes "Real"ın yetirməsidir. İspaniya millisinin sabiq üzvü ötən mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 53 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti