...

“Apple” “iPhone 17” mobil telefonunu təqdim edəcək

Dünya xəbərləri Materials 26 Avqust 2025 20:51 (UTC +04:00)
“Apple” “iPhone 17” mobil telefonunu təqdim edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Apple” şirkəti “iPhone 17” mobil telefonunun təqdimatına hazırlaşır.

Trend-in məlumatına görə, şirkət sentyabrın 9-da xüsusi tədbir keçirəcəyinin anonsunu verib.

Kaliforniya ştatının Kupertino şəhərində keçiriləcək tədbirdə şirkətə məxsus “iPhone 17” mobil telefonunun müxtəlif modellərinin ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Şirkətin bu dəfə, həmçinin, daha incə “iPhone 17 Air” modelini satışa çıxaracağı deyilir.

Xəbər lenti

Xəbər lenti