Bakı. Trend:
Almaniyanın Hamburq şəhərindəki limanda baş vermiş güclü yanğını söndürmək yanğınsöndürənlərə 20 saatdan çox vaxt aparıb.
Trend-in məlumatına görə, DW xəbər verir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Zərərçəkənlər arasında üç yanğınsöndürən də var.
Müstəntiqlərin açıqlamasına görə, yanğın anbarın içindəki avtomobilin alovlanması ilə başlayıb, daha sonra qaz balonlarının partlaması nəticəsində yaxınlıqdakı tikililərə yayılıb.
Hadisənin ən gərgin anında yanğının söndürülməsinə 320-yə yaxın yanğınsöndürən cəlb edilib.