...

SpaceX “Starship” raketinin 10-cu sınaq uçuşunu həyata keçirib

Dünya xəbərləri Materials 27 Avqust 2025 07:51 (UTC +04:00)
SpaceX “Starship” raketinin 10-cu sınaq uçuşunu həyata keçirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın SpaceX şirkəti çərşənbə axşamı “Starship” kosmik gəmisinin prototipi olan raketi 10-cu sınaq uçuşuna buraxıb.

Trend xəbər verir ki, bu barədə məlumat şirkətin “X” sosial şəbəkəsində yayılıb.

Raket Şərq sahili vaxtı ilə saat 19:30-da (Bakı vaxtı ilə 03:30) Texasdakı Starbase kosmodromundan havaya qalxıb. Buraxılışdan təxminən yeddi dəqiqə sonra, ağır “Starship” gəmisinin ilk mərhələsi kimi xidmət edən təkrar istifadə oluna bilən raket gücləndiricisi Meksika körfəzində üzən platformaya düşüb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindəki əvvəlki üç buraxılış uğursuzluqla – gəminin itməsi ilə nəticələnmişdi. Onuncu uçuş zamanı SpaceX gücləndiricinin buraxılış meydançasına qaytarılması məqsədini qoymayıb.

Xəbər lenti

Xəbər lenti